“Qəzzada günün əvvəlindən 50-dən çox fələstinli həlak olub” − “Əl-Cəzirə”


“Günün əvvəlindən İsrailin hücumları nəticəsində Fələstinin Qəzza zolağında ən azı 53 nəfər həlak olub”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl-Cəzirə” tibbi mənbələrə istinadən məlumat yayıb.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində 75 ölü və 304 yaralı anklavdakı xəstəxanalar tərəfindən qəbul edilib.
Qeyd edək ki, 2023-cü ilin oktyabrından Qəzzada ölənlərin ümumi sayı 65 283 nəfərə çatıb, 166 000-dən çox yaralı var.
 

DİGƏR XƏBƏRLƏR

Top