Özgür Özəl yenidən sədr seçildi – CHP-də qurultay


Türkiyənin aparıcı müxalifət partiyası Cümhuriyyət Xalq Partiyası (CHP) bu gün 22-ci fövqəladə qurultayını keçirib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, qurultayda partiya sədrliyinə seçkilər keçirilib.
Hazırkı sədr Özgür Özəl yeganə namizəd kimi girdiyi seçkilərdə 917 səsdən 835-ni alaraq yenidən CHP-nin sədri seçilib. 82 partiya üzvünün səsi isə etibarsız sayılıb.

DİGƏR XƏBƏRLƏR

Top