
İstanbulda “Kamil Sayın” adlı özəl sərnişin qayığı “Artvin” yük gəmisi ilə toqquşub.
Yeniavaz.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisədən sonra qayıq Üsküdar körpüsünə yanaşıb və yaralılar da daxil olmaqla bütün sərnişinlər təxliyə edilib.
12 nəfərin yaralandığı hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Qəzanın səbəbi hələlik məlum deyil.