Polşa Rusiyanı ittiham etdi


Rusiya qırıcıları Baltik dənizində Petrobaltik qazma platforması üzərində aşağı hündürlükdə uçub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsi məlumat yayıb.
“Platformanın təhlükəsizlik zonası pozulub. Bu barədə Polşa Silahlı Qüvvələri və digər xidmətlər məlumatlandırılıb”, - məlumatda deyilir.
Sərhəd Mühafizəsinin dəniz bölməsi aydınlaşdırıb ki, havada uçuş Rusiya Silahlı Qüvvələrinə məxsus iki döyüş təyyarəsi tərəfindən həyata keçirilib:
“Polşa təhlükəsizlik xidmətləri kritik dəniz infrastrukturu obyektlərində, o cümlədən Polşanın ərazi sularından kənarda vəziyyətə daim nəzarət edir”.
Qırıcı təyyarələrin havaya qalxması “Rusiyanın təxribat davranışı” kimi qiymətləndirilib.

DİGƏR XƏBƏRLƏR

Top