\
Psixoterapevt və nevroloq Ceyms Parker yuxusuzluq üçün “barmaq nəfəsi” adlandırdığı texnikanı tövsiyə edib.
Yeniavaz.com xəbər verir ki, sakitləşməyin və tez yuxuya getməyin bu gözlənilməz yolunu o, “HuffPost” ilə paylaşıb.
Parker deyir ki, onun texnikası bir neçə dəqiqə ərzində stressi aradan qaldırmağa kömək edir:
“Bunu etmək üçün stulda rahat oturun və ya yataqda uzanın, bir əlinizi qarşınızda qaldırın və barmaqlarınızı geniş açın. Sonra digər əlinizin şəhadət barmağı ilə yuxarı qaldırılmış əlin baş barmağınızdan başlayaraq kiçik barmağına qədər yavaş-yavaş hərəkət edin”.
Həkim bu texnikanı yerinə yetirərkən düzgün nəfəs almağın vacibliyini də qeyd edib:
“Barmağınızla yuxarı hərəkət edərkən burnunuzdan dərin nəfəs alın və aşağı hərəkət edərkən ağzınızdan nəfəs verin”.