Kommersiya qurumlarının 34%-i qeyri-aktiv vəziyyətdədir


Bu ilin əvvəlinə olan məlumata görə, ölkədə aktiv vergi ödəyicilərinin ümumi sayı 806 min 916 nəfər təşkil edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Dövlət Vergi Xidmətinin illik hesabatında yer alıb.
Bildirilir ki, onların 139 min 590-ı hüquqi şəxs (17,3%), 667 min 326-sı isə fiziki şəxs (82,7%) olub.
2018-ci illə müqayisədə aktiv vergi ödəyicilərinin sayı 82,6%, 2024-cü il ərzində isə bu artım 5,9% artıb.  
Qeydiyyata alınan vergi ödəyicilərinin 79 min 735-i ƏDV ödəyicisi, 541-i publik hüquqi şəxs, 16 min 539-u qeyri-kommersiya qurumu olub.
Kommersiya qurumlarının 87,9%-i yerli investisiyalı, 12,1%-i isə xarici investisiyalıdır. Onların 66%-i aktiv, 34%-i isə qeyri-aktiv vəziyyətdədir.
2018-ci illə müqayisədə ötən il hüquqi şəxslərin sayı 65,3%, kommersiya qurumlarının sayı 73,2%, publik hüquqi şəxslərin sayı isə 9,2 dəfə artıb.

DİGƏR XƏBƏRLƏR

Top