Nazirlik Mirko Kattaidən 131 min 1 manata Naxçıvan xalçası alır


Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC italiyalı kolleksiyaçı Mirko Kattai ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilə Azərbaycan Milli Xalça Muzeyinin xalça kolleksiyasının zənginləşdirilməsi məqsədi ilə Mirko Kattainin şəxsi kolleksiyasında qorunub saxlanılan XVIII əsrə aid Naxçıvan xalçasının satın alınması ilə bağlıdır.
Bildirilir ki, XVIII əsrə aid Naxçıvan xalçası üçün nazirlik Mirko Kattaiyə 131 min 1 manat ödəyəcək.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top