
Paytaxtın Tbilisi prospektində, “20 Yanvar” metro stansiyasının yaxınlığındakı avtobus dayanacağında quraşdırılmış pavilyon götürülüb.
Yeniavaz.com xəbər verir ki, paytaxt sakinləri sosial şəbəkələrdə sözügedən ərazidən foto paylaşaraq yağışlı günlərdə yaşanan çətinliklə bağlı narazılıqlarını bildiriblər.


Məsələ ilə bağlı Yeniavaz.com-un müvafiq sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, sözügedən pavilyon qəzalı vəziyyətdə olub:
“Sözügedən ünvanda dayanacaq pavilyonu qəzalı vəziyyətdə olduğundan məntəqədən götürülüb. Pavilyonun bərpası istiqamətində iş görülür. Yaxın zamanda həmin ərazidə yeni pavilyon quraşdırılacaq”.
Murad Məmmədov