“Heydər Əliyev məni çağırdı və dedi ki, klub al, adını “Qarabağ” qoy” – Tarixi söz


Məlum olduğu kimi, ötən gün “Qarabağ” növbəti tarixi uğura imza atdı. Ağdam təmsilçisinin hər bir uğuru ölkəmiz adına təkcə idman uğuru deyil. Bu həm də Azərbaycanın adıdır.
Yeniavaz.com
“Azərsun Holding”in mərhum prezidenti Abdulbari Gözəlin “Qarabağ” klubunu alması ilə bağlı açıqlamasını xatırladır:
“Heydər Əliyev 2001-ci ildə məni çağırdı və dedi ki, klub al, adını “Qarabağ” qoy. Sonra Ağdam klubunun büdcəsi ilə maraqlandım. Dedilər ki, 32 min manatdır. Bildirdim ki, bunun 10 qatını verəcəyəm.
Mənəvi cəhətdən “Qarabağ” bizim üçün çox önəmlidir. Çox şadam ki, çempionluqlar var. Futbolçularımıza təşəkkür edirəm. Bu günləri bizə yaşadan Qurban Qurbanova, Əmrah Çəlikələ təşəkkür edirəm. Ümid edirəm ki, məsuliyyətli işimizi davam etdirəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top