
Bu ilin ilk yarısında Azərbaycanın cari əməliyyatlar balansı üzrə neft-qaz sektorunda 7,3 milyard dollar profisit, digər sektorlarda (qeyri-neft-qaz) isə 5 milyard dollar kəsr qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektorunda cari əməliyyatlar balansının profisiti 5,5%, digər sektorlarda isə cari əməliyyatlar balansının kəsiri 15,9% artıb.
Nəticədə cari əməliyyatlar balansının profisiti ötən ilin ilk yarısı ilə müqayisədə bu ilin ilk rübündə 11,7% azalıb.
Məlumat üçün bildirək ki, cari əməliyyatlar hesabı tədiyyə balansının əsas bölmələrindən biridir və bir ölkənin xarici dünya ilə olan iqtisadi əməliyyatlarını əks etdirir. Buraya mal və xidmətlərin ticarəti, gəlirlər və transferlər daxildir.
Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının kəsirinin artması o deməkdir ki, Azərbaycan neft-qaz gəlirlərindən kənarda, yəni real sektorun digər sahələrində xaricə daha çox pul çıxarır, nəinki daxil edir.
Elnur Əli