“Benfika” Joze Mourinyo ilə razılığa gəldi – KİV


Türkiyənin Superliqa təmsilçisi “Fənərbağça”dan ayrılan portuqaliyalı baş məşqçi Joze Mourinyo “Benfika” ilə razılığa gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “CNN Portuqaliya” telekanalı məlumat yayıb.
Məlumata görə, “Qarabağ”a məğlub olduqdan sonra Bruno Laje ilə yollarını ayıran klub rəhbərliyi Joze Mourinyonu baş məşqçi təyin etmək qərarına gəlib.
Telekanalın məlumatına görə, “Benfika”nın prezidenti Rui Kosta gecə saatlarında baş tutan görüşdə Mourinyo ilə ilkin razılıq əldə edib.
Veteran məşqçinin bu təklifi qəbul etdiyi bildirilir.
Telekanalın bildirdiyinə görə, Portuqaliya klubu yaxın vaxtlarda rəsmi açıqlama verəcək və təcrübəli mütəxəssilə rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, sentyabrın 16-da “Benfika” öz meydançasında “Qarabağ”a 3:2 hesabı ilə məğlub olub. Bu məğlubiyyətdən sonra rəhbərlik “Benfika”nın baş məşqşisi Bruno Lajeni istefaya göndərib.
Xatırladaq ki, Joze Mourinyonun son iş yeri Türkiyənin “Fənərbaxça” klubu olub. O, bu il avqustun sonunda klubu tərk edib.
Mourinyo əvvəllər “Real Madrid”, “Çelsi”, “İnter Milan”, “Tottenhem”, “Roma” və “Porto” kimi klublara rəhbərlik edib.

DİGƏR XƏBƏRLƏR

Top