Avropa Komissiyası İsrailə qarşı tədbirlər kompleksi təklif edəcək


Çərşənbə günü, sentyabrın 17-də Avropa Komissiyası İsrailin dövlətin Qəzza zolağındakı hərəkətləri ilə əlaqədar İsrailə qarşı tədbirlər paketi təklif edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat katibi Paula Pinyo brifinq zamanı bildirib.
“Sabah kollegiya iclası zamanı Avropa komissarları İsrailə qarşı tədbirlər paketini, xüsusən də AK-nin İsraillə assosiasiya sazişinin bəzi müddəalarının dayandırılması təklifini qəbul edəcəklər”, - o deyib.
Pinyo aydınlaşdırıb ki, AK təklifi “ekstremist düşüncəli nazirlərə, eləcə də aqressiv məskunlaşmaçılara” qarşı sanksiyaların tətbiqinə, həmçinin assosiasiya sazişinin, xüsusən də ticarətlə bağlı müddəaların qismən dayandırılmasına aid olacaq.
Xatırladaq ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen sentyabrın 10-da Strasburqda Avropa Parlamentinin sessiyasında Avropa İttifaqındakı işlərin vəziyyətinə dair illik mesajı ilə çıxış edərək bildirib ki, AK İsraillə əməkdaşlığı məhdudlaşdırmaq, hökumət üzvlərinə qarşı sanksiyalar tətbiq etmək və Aİ ilə Assosiasiya Sazişini dayandırmaq niyyətindədir.

DİGƏR XƏBƏRLƏR

Top