
Sumqayıt şəhər sakini Səmiyyə Orucova beyin xərçəngindən əziyyət çəkir.
Yeniavaz.com-a müraciət edən onun anası Maya Orucova deyir ki, daha əvvəl bir qızını xərçəngdən itirib.
“Tək anayam. Həyat yoldaşım Səmiyyənin xəstəliyinə dözməyərək dünyasını dəyişib. Evimi övladımın əməliyyatı üçün satmışam. Hazrırda kirayədə yaşayırıq. Oğlum isə epilepsiya xəstəsidir”.
Maya Orucova xeyirxah və yardımsevər insanlara müraciət edərək, imkanları daxilində kömək göstərmələrini xahiş edir:
“Kimin gücü nəyə çatır, kömək etsin, yalvarıram. Elə vaxt olur, Səmiyyəyə yemək almağa imkanım çatmır. 1 manat belə mənim üçün böyük dəstəkdir”.
Kapital bank: 5239 1517 6939 6576
Əlaqə: 070 455 94 29