“Edəcəyiniz kiçik bir yardım, bəlkə də qızımın həyata tutunmasına səbəb olacaq”


Sumqayıt şəhər sakini Səmiyyə Orucova amansız beyin xərçəngi xəstəliyindən əziyyət çəkir. Bu ailənin taleyi dəhşətli acılarla doludur.
Ana Maya Orucova Yeniavaz.com-a bildirib ki, daha əvvəl bir qızını xərçəngdən itirib, həyat yoldaşı isə Səmiyyənin xəstəliyinə və çəkdiyi əzablara dözməyərək dünyasını dəyişib.
İki böyük itkidən sonra təkbaşına mübarizə aparan fədakar ana, övladını xilas etmək üçün yeganə evini də satıb. Hazırda kirayədə yaşayırlar və evdə epilepsiya xəstəliyindən əziyyət çəkən bir oğlu da var. Çarəsizlikdən, bəzən Səmiyyəyə yemək almağa belə imkanı çatmayan ananın tək bir arzusu var, övladını yaşatmaq.
“Kimin gücü nəyə çatır, kömək etsin, yalvarıram. 1 manat belə mənim üçün böyük dəstəkdir”, - Maya Orucova imkanı çatanlaran kömək istəyir.
O bildirir ki, Səmiyyənin müalicəsinin davam etməsi üçün hər kurs 2000 AZN təşkil edir:
“Sizin edəcəyiniz kiçik bir yardım, bəlkə də qızımın həyata tutunmasına səbəb olacaq. Səmiyyənin yaşamaq ümidinə dəstək olun”.

ABB Bank: 4127 2093 0207 6002
(Kart yardım məqsədilə açılıb və limitsizdir, istənilən bank kartından köçürmə etmək mümkündür)

Ana ilə əlaqə: 070 455 94 29


DİGƏR XƏBƏRLƏR

Top