Tramp administrasiyası Ağ Evdə 200 milyon dollarlıq bal zalı tikir


Amerika administrasiyası ABŞ Prezidenti Donald Trampın çoxdankı arzusunu reallaşdıraraq Ağ Evdə 200 milyon dollarlıq bal zalının tikintisinə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Nəşrin məlumatına görə, tikinti briqadaları ümumi sahəsi 8,4 min kvadratmetr olan obyektin tikintisi üçün ərazinin hazırlanması işlərinə başlayıblar.
Digər təfərrüatlar hələ açıqlanmayıb.
Yeni struktur Ağ Evin 1902-ci ildə tikilmiş Şərq Qanadı yaxınlığında yerləşəcək. O, 650 nəfəri qəbul edə biləcək.
Hazırda Ağ Evin ən böyük otağı olan Şərq otağı 200 nəfərlik oturacaq üçün nəzərdə tutulub. Əvvəllər xəbər verildiyi kimi, tikinti Trampın prezidentlik müddəti başa çatana qədər başa çatdırılmalıdır.
Qeyd edək ki, ABŞ-nin ilk prezidenti Corc Vaşinqtonun rəsmi iqamətgahı olan Ağ Ev 1792-ci ildə memar Ceyms Hobenin layihəsinə əsasən tikilməyə başlayıb. Tikintisi 1800-cü il noyabrın 1-də başa çatan bina üçün ərazini Vaşinqton özü seçib. Həmin gün binaya ABŞ-nin ikinci prezidenti Con Adams da köçüb. Bina 1814-cü ildə baş vermiş yanğından sonra 1815-1817-ci illərdə yenidən qurulub.

DİGƏR XƏBƏRLƏR

Top