
“Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq həyata keçirilən prosesdə ötən ilin oktyabr ayından bugünədək 10 min 551 nəqliyyat vasitəsi utilizasiyaya verilib.
Yeniavaz.com xəbər verir ki, köhnəlmiş və ya yararsız nəqliyyat vasitələrini təhvil verən ərizəçilərin bank hesabına 716 min manatdan çox birdəfəlik ödəniş köçürülüb, həmçinin 511 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilib.
Açıqlanan məlumatlardan belə görünür ki, utilizasiyaya verilən bir ədəd nəqliyyat vasitəsi üçün orta hesabla 68 manat ödəniş edilib.