Bu ölkədə iki gündə 200 nəfərdən çox adam boğulub


Sentyabrın 10 və 11-də Konqo Demokratik Respublikasının şimal-qərbində iki gəminin batması nəticəsində 200-ə yaxın adam həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə RFI radiostansiyası məlumat yayıb.
Bildirilib ki, hər iki faciə Ekvator əyalətində baş verib.
“Nsolo və Marinqa çaylarının qovuşduğu ərazidə 60-ı tələbə olmaqla 100-dən çox insan boğularaq ölüb. Səkkiz nəfər xilas edilib. Gəmidə olan insanların dəqiq sayı müəyyənləşdirilir.
Ertəsi gün axşam Konqo çayında gəmi alovlanıb və çevrilib. 100 nəfər həlak olub”, - mətbuat orqanının məlumatında deyilir.
“Euronews” isə yazır ki, gəmidə 500 nəfər olub və onlardan yalnız 209 nəfəri öz gücü ilə sahilə çıxa bilib.
Qeyd edək ki, geniş yol və ya dəmir yolu infrastruktrunun olmadığı Konqo DR-də əsas nəqliyyat vasitəsi su nəqliyyatıdır.

DİGƏR XƏBƏRLƏR

Top