
Krımda Rusiya Qara Dəniz Donanmasının rabitə mərkəzi vurulub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Sentyabrın 10-dan 11-nə keçən gecə hərbi-dəniz bölmələri müvəqqəti işğal olunmuş Krım Muxtar Respublikasındakı “Sevastopol” 184-cü elmi-tədqiqat eksperimental bazasının ərazisində Rusiya Qara Dəniz Donanmasının rabitə mərkəzinə zərbə endirib”, - məlumatda deyilir.
Ukrayna Hərbi Dəniz Qüvvələri qeyd edib ki, sözügedən rabitə mərkəzi Rusiya Qara Dəniz Donanmasının bölmələrinə nəzarəti təmin edib.