
Mühafizəkar partiyanın fəalı Çarli Kirkin ölümünə səbəb olan hadisənin təqsirləndirilən şəxsi – hakimiyyət orqanları ilə əməkdaşlıq etmir.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ-nin Yuta ştatının qubernatoru Spenser Koks deyib.
“O, etdiyi şeyi etiraf etməyib. O, əməkdaşlıq etmir, amma onun ətrafındakı insanlar əməkdaşlıq edirlər. Məncə, bu, çox vacibdir,” – deyə Koks “ABC News”a müsahibəsi zamanı bildirib.
Hakimiyyət orqanları atışmanın ehtimal olunan icraçısını 22 yaşlı Tayler Robinson kimi təqdim ediblər. O, hazırda həbsdədir. Koksun sözlərinə görə, ittiham rəsmi olaraq çərşənbə axşamı irəli sürüləcək.
Bununla belə, rəsmilər hələ də qətlin motivini müəyyənləşdirməyiblər.