
Bu ilin ilk 7 ayında Azərbaycana 12 min 468,24 ton kərə yağı idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan kərə yağının ümumi dəyər 89,9 milyon dollar (152,8 milyon manat) təşkil edib.
Beləliklə, idxal edilən kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 7,2 dollar (12,2 manat) olub.
Ən çox kərə yağı İrandan gətirilib – 4 min 957,56 ton. Sonrakı yerlərdə Yeni Zelandiya (2 min 886,4 ton), Ukrayna (958,7 ton) və Səudiyyə Ərəbistanı (949,98 ton) gəlir.
Ən az miqdarda idxal isə İspaniya (0,01 ton) və Lüksemburqdan (0,01 ton) olub.
Qiymətlərə gəlincə, ən ucuz kərə yağı Hindistandan (1 kq – 9,83 manat) gətirilib. Ən baha kərə yağı isə Lüksemburqdan idxal edilib – hər kiloqram üçün 117,3 manat. Bundan başqa, Portuqaliya (38,37 manat) və İtaliya (20,59 manat) ən bahalı məhsul göndərən ölkələr sırasında olub.
Bu ilin ilk 7 ayında kərə yağı Azərbaycana aşağıdakı ölkələrdən idxal edilib:
İran – 4 957.56 ton (1 kq orta gömrük dəyəri 10.47 manat)
Yeni Zelandiya – 2 886.4 ton (12.90 manat)
Ukrayna – 958.7 ton (12.71 manat)
Səudiyyə Ərəbistanı – 949.98 ton (14.38 manat)
Belarus – 854.35 ton (12.81 manat)
Finlandiya – 693.73 ton (15.84 manat)
Hindistan – 429 ton (9.83 manat)
Fransa – 259.68 ton (16.60 manat)
Almaniya – 171.63 ton (16.55 manat)
Türkiyə – 129.77 ton (13.28 manat)
Belçika – 82.5 ton (15.18 manat)
Litva – 52.98 ton (15.40 manat)
İtaliya – 17.46 ton (20.59 manat)
Türkmənistan – 20 ton (9.86 manat)
Rusiya – 3.85 ton (19.30 manat)
Portuqaliya – 0.64 ton (38.37 manat)
İspaniya – 0.01 ton (11.90 manat)
Lüksemburq – 0.01 ton (117.30 manat)
Elnur Əli