Azərbaycan 4 ölkəyə 1 200 baş ətlik diri at satıb – Siyahı


Bu ilin ilk 7 ayında Azərbaycandan Qazaxıstana 465, Qırğızıstana 352, Özbəkistana321, Türkiyəyə isə 62 baş diri ətlik at ixrac edilib.
Yeniavaz.com 
xəbər verir ki, Qazaxıstan və Qırğızıstana ixrac edilən bir baş atın orta gömrük dəyəri 200 dollar (340 manat), Özbəkistana 215 (365 manat), Türkiyəyə ixrac edilən bir baş atın orta gömrük dəyəri isə 254 dollar (431 manat) olub.
Məlumat üçün bildirək ki, Azərbaycan ötən ilin eyni dövründə daha çox Qazaxıstana diri at ixrac edib. Belə ki, ötən ilin ilk 7 ayında Azərbaycandan Qazaxıstan 1 444, Özbəkistana 30, Türkiyəyə isə 42 baş ətlik diri at göndərilib.
Açıqlanan məlumatlardan da göründüyü kimi, son bir ildə diri at ixracı 317 baş azalıb.
Onu da qeyd edək ki, Azərbaycanda diri at (ətlik istiqamət üzrə) ixracına ilk dəfə 2016-cı ildə başlanılıb və bu ilin avqust ayının əvvəlinə kimi 21 min 337 baş diri at satılıb.

DİGƏR XƏBƏRLƏR

Top