Londonun mərkəzində kütləvi etiraz – 26 polis yaralanıb


İfrat sağçı fəal Tommi Robinsonun təşkil etdiyi və 150 minə qədər insanın qatıldığı etiraz aksiyası Londonda gərgin anlara səbəb olub.
Yeniavaz.com
“BBC News”ə istinadən xəbər verir ki, mitinq zamanı baş verən toqquşmalarda 26 polis əməkdaşı xəsarət alıb.
London polisinin məlumatına görə, etirazçılardan bəziləri polisə şüşə və digər əşyalar atıb, nəticədə dörd nəfər ağır yaralanıb. Hadisə ilə bağlı 25 nəfər zorakılıq və digər cinayətlərlə əlaqədar saxlanılıb.
Eyni vaxtda “Stand Up To Racism” təşkilatının keçirdiyi əks etiraza isə 5000 nəfər qoşulub. Milyarder İlon Mask “Whitehallda” toplaşanlara video bağlantı ilə müraciət edib.
Paytaxtın mərkəzində 1000-dən çox polis zabiti, həmçinin digər bölgələrdən cəlb edilən əlavə qüvvələr əməliyyata cəlb olunub. Komissar köməkçisi Tvist bildirib ki, bəzi zabitlər kəllə-beyin travması, diş sınığı, beyin sarsıntısı və digər ağır xəsarətlər alıblar.
Polis həm ifrat sağçı, həm də irqçilik əleyhinə nümayişçiləri ayırmaq üçün çevik qüvvət, atlı və itlərlə təchiz edilmiş dəstələrdən istifadə edib. Mitinq əsasən dinc başlasa da, izdihamın böyüklüyü və təhlükəsizlik qaydalarına əməl edilməməsi nəticəsində vəziyyət nəzarətdən çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top