
Sentyabrın 9-da “Film işçiləri Fələstin üçün” işçiləri təşkilatı İnstaqram hesabında açıq məktub dərc edərək İsraili boykot etdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, 1300-dən çox rejissor filmlərini orada nümayiş etdirməyəcəyinə və ya İsrail institutları ilə əməkdaşlıq edəcəyinə söz verib.
Digərləri arasında məktubu Riz Əhməd, Xavyer Bardem, Olivia Kolman, Yorgos Lanthimos, Mark Ruffalo və Tilda Svinton imzalayıb.
“Film işçiləri Fələstin üçün” digər kinorejissorları boykota qoşulmağa çağırıb. Məktubda hazırda Emma Stoun və Xoakin Feniks də daxil olmaqla dörd minə yaxın imza var. Mətn yeddi dildə mövcuddur: ingilis, ərəb, ispan, türk, fransız, yapon və alman.
“Biz kinonun dünyaya güclü təsirinin olduğunu anlayırıq. Bir çox yerli hökumətimizin Qəzzada axan qanı dəstəklədiyi bu kritik anda, bu sonsuz kabusda iştirak etməyi dayandırmaq üçün əlimizdən gələni etməliyik”, - məlumatda deyilib.
Məktub müəllifləri Qəzzada soyqırım riskinin olduğunu və İsrailin İordan çayının qərb sahilində mövcudluğunun qeyri-qanuni olduğunu hesab edən Beynəlxalq Ədalət Məhkəməsinin mövqeyinə istinad edirlər.
Hollivud studiyası “Paramount Pictures” boykotu tənqid edib:
“Biz hekayələrin insanları birləşdirən və ruhlandıran gücünə inanırıq. Biz son vaxtlar İsrail kinorejissorlarını boykot etmək cəhdləri ilə razılaşmırıq. Ayrı-ayrı sənətkarları milli mənsubiyyətinə görə məhdudlaşdırmaqla anlaşma və sülh əldə edilə bilməz”.