
“İsrail Vaşinqtonun Qəzza zolağında atəşkəs təklifini qəbul edib”.
Yeniavaz.com xəbər verir ki, bunu İsrailin Dohaya endirdiyi zərbə ilə bağlı çağırılan BMT Təhlükəsizlik Şurasının iclasında yəhudi dövlətinin BMT-dəki daimi nümayəndəsi Denni Danon deyib.
“İsrail ABŞ Prezidenti Donald Trampın atəşkəs təklifi ilə razılaşdı. Biz döyüşləri dayandırmağa hazırıq, lakin HƏMAS bundan imtina edir”, - Danon deyib.
Qeyd edək ki, İsrailin Baş naziri Binyamin Netanyahu daha əvvəl Qəzza zolağının sakinlərini HƏMAS-ın idarəçiliyindən qurtulmağa və prezident Trampın irəli sürdüyü sülh təklifi ilə razılaşmağa çağırıb.