“City” Riko Lyuisin müqaviləsini 2030-cu ilə qədər uzatdı


“Mançester Siti” 20 yaşlı sağ cinah müdafiəçisi Riko Lyuislə müqaviləni uzadıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesabında məlumat yayıb. 
Bildirilib ki, ingilis futbolçu ilə yeni əmək müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.
Qeyd edək ki, Lyuis klubun Akademiyasının məhsuludur. “Mançester Siti”nin böyük komandasının tərkibində müdafiəçi bütün yarışlarda 97 matçda iştirak edib, o, 5 qol vurub və 10 məhsuldar ötürmə edib. Futbolçunun klubla əvvəlki əmək müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Futbolçunun bazar dəyəri 40 milyon avrodur.

DİGƏR XƏBƏRLƏR

Top