
ABŞ Prezidenti Donald Tramp ölümündən sonra sui-qəsd nəticəsində öldürülən mühafizəkar siyasi fəal Çarli Kirkə “Azadlıq üzrə Prezident Medalı” verəcək.
Yeniavaz.com xəbər verir ki, ölkə başçısı bunu 2001-ci il sentyabrın 11-də törədilən terror aktlarının qurbanlarının anım mərasimində deyib.
“Mən böyük məmnuniyyətlə elan edirəm ki, tezliklə Çarli Kirki ölümündən sonra “Azadlıq üzrə Prezident Medalı” ilə təltif edəcəyəm.
Qeyd edək ki, “Azadlıq üzrə Prezident Medalı” ABŞ-də ən yüksək mülki mükafatdır.