Netanyahu Qətəri “terrorçulara sığınacaq verməkdə” ittiham etdi


İsrailin Baş naziri Benyamin Netanyahu Qətər hökumətini “terrorçulara sığınacaq verməkdə” ittiham edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə baş nazir müraciətində danışıb.
Bununla Netanyahu HƏMAS hərəkatının yüksək rəhbərliyinin yerləşdiyi güman edilən Dohaya zərbələrə haqq qazandırıb.
Eyni zamanda, o, iki gün ərzində ilk dəfə olaraq birbaşa Qətərin adını çəkib, indiyədək İsrail tərəfinin bu mövzu ilə bağlı bütün rəsmi açıqlamalarında sentyabrın 9-da İsrail Hərbi Hava Qüvvələrinin təyyarələrinin konkret olaraq hansı ölkəyə hücum etdiyi heç vaxt bildirməyib.
“Mən Qətərə və terrorçulara sığınacaq verən bütün ölkələrə bəyan edirəm: “Ya onları qovacaqsınız, ya da məsuliyyətə cəlb edəcəksiniz. Çünki siz bunu etməsəniz, biz edəcəyik”, - baş nazir deyib.  
 

DİGƏR XƏBƏRLƏR

Top