
İsrail ordusu Yəmənə yeni silsilə zərbələr endirib.
Yeniavaz.com xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, zərbələrin hədəfi “Ənsar Allah” hərəkatının husi üsyançılarının Səna yaxınlığında və ölkənin şimalındakı Əl-Cəvf vilayətindəki hərbi obyektləri olub.
Hərəkatın sözçüsü Yəhya Sərianın məlumatına görə isə, İsrail Yəmənə hava hücumu zamanı yalnız mülki obyektlərə zərbə endirib.
Bildirilib ki, İsrail Yəmənin şimalındakı Əl-Cəvf əyalətində olan Mərkəzi bankın ofisinə hücum edib. Atışma nəticəsində bank işçiləri arasında yaralananlar var.
TASS-dakı mənbənin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri husilərin Müdafiə Nazirliyinə və Sənadakı üsyançıların baş qərargahına da zərbələr endirib. Hücum nəticəsində ölən və yaralananlar var.
Həmçinin 2 yerli “26 Sentyabr” və “Yemen” qəzetlərinin ofisləri hədəfə alınıb.
Aviazərbələr nəticəsində azı 9 nəfər ölüb, 118 nəfər yaralanıb.