
400 ən varlı amerikalının ümumi sərvəti rekord həddə artaraq, 6,6 trilyon dollara çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Məlumata görə, 2025-ci ildə reytinqə daxil olmaq üçün minimum məbləğ 3,8 milyard dollar təşkil edib.
“Forbes”in qeyd etdiyi kimi, bu, 2024-cü ildəki minimum məbləğdən 500 milyon dollar çox olub.
Əvvəl olduğu kimi 2025-ci ildə də siyahıya 438 milyard dollarla amerikalı iş adamı İlon Mask başçılıq edib. İkinci yerdə 276 milyard dollarla “Oracle” texnologiya şirkətinin direktorlar şurasının sədri Larri Ellison qərarlaşıb. “Meta” korporasiyasının həmtəsisçisi Mark Zukerberq isə 253 milyard dollarla siyahıda üçüncü yeri tutub.
İlk beşliyə həmçinin, 241 milyard dollarla “Amazon” pərakəndə satış şirkətinin qurucusu Ceff Bezos və 179 milyard dollarla “Google” korporasiyasının həmtəsisçisi Larri Peyc daxil olub.
ABŞ-nin hazırkı prezidenti Donald Tramp isə 7,3 milyard dollarla 201-ci yerdə qərarlaşıb.