
İsrail müsabiqədə iştirak edərsə, İspaniya “Eurovision 2026”nı boykot edə bilər.
Yeniavaz.com “Clash Report” teleqram kanalına istinadən xəbər verir ki, ölkənin mədəniyyət naziri Ernest Urtasu bu barədə məlumat verib.
“İspaniyanın mədəniyyət naziri Ernest Urtasun bildirib ki, İsrail “Eurovision 2026”da iştirak edərsə, İspaniya “Eurovision-2026”da iştirakdan imtina etməlidir”, - nəşr yazır.
O qeyd edib ki, dünya yarışları İsrail ordusunun Qəzza zolağının dinc əhalisinə qarşı cinayət əməllərinə haqq qazandırmağa töhfə verməməlidir.
Qeyd edək ki, 2026-cı ildə mahnı müsabiqəsi Avstriyanın Vyana şəhərində keçiriləcək.