Millimizin “ən yaxşı” və “ən pis” məşqçiləri kimlər olub? – Tam siyahı


Xəbər verdiyimiz kimi, Azərbaycan milli futbol komandası sentyabrın 5-də səfərdə İslandiyaya 5:0 hesabı ilə uduzduqdan sonra baş məşqçi Fernandu Santuşla yollar ayrılıb.
Yeniavaz.com
-un apardığı araşdırma göstərir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra milli komandaya rəhbərlik edən baş məşqçilər arasında ən pis nəticəni 1994-95-ci illərdə Ağasəlim Mircavadov, 2002-ci idə Kazbek Tuayev, 2008-ci ildə Nazim Süleymanov və 2014-cü ildə Mahmud Qurbanov göstərib.
Bu şəxslərin məşqçi olduğu dövrlərdə milli komanda aktivinə xal yazdıra bilməyib.
Qeyd edək ki, müstəqillik əldə etdikdən sonra – 1992-ci ildən bu günə kimi milli komandada müxtəlif dövrlərdə ümumilkdə 20 mütəxəssis baş məşqçi kimi fəaliyyət göstərib.
Azərbaycan milli komandasının ilk baş məşqçisi Ələkbər Məmmədov olub. O, 1992-93-cü illərdə milli komanda ilə 5 oyuna çıxıb və bu oyunların 3-də qələbə qazanıb. Bundan başqa Ələkbər Məmmədovun aktivinə 1 heç-heçə və 1 məğlubiyyət yazılıb.
Baş məşqçi kimi Azərbaycan millisini ən çox oyuna çıxaran Berti Foqts olub. Millimiz Foqtsun rəhbərliyi altında 71 oyuna çıxıb və bunların 34-də məğlub olub. 22 oyunda heç-heçə edən milli komanda cəmi 15 oyunda qələbə qazanıb.
Milli komandanın tarixində ən uğurlu baş məşqçi Ələkbər Məmmədov olub. Ə. Məmmədovdan sonra ən yaxşı nəticəni Arif Əsədov və Qurban Qurbanov göstərib. Əsədov 4 oyuna 2 qələbə, Qurbanov isə 12 oyuna 4 qələbə, 5 heç-heç əldə edib.
Cədvəldə Azərbaycan milli komandasına məşqçilik etmiş mütəxəssislərin əldə etdikləri nəticələr təqdim edilib:


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top