
Nepalda hökumət əleyhinə etirazlarda ölənlərin sayı 22-yə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “India Today” məlumat yayıb.
Bundan öncə 19 nəfərin öldüyü bildirilib. Katmanduda zorakılıqlar artdıqca, iki gənc etirazçı paytaxt rayonlarından birində yerli polis məntəqəsini yandırıb, əməkdaşlarına hücum edərkən güllələnib. Küçədə baş verən qarşıdurmada daha bir nəfər həlak olub.
***14:54
Nepalda özlərini “Z nəsli” adlandıran etirazçılar parlament binasına basqın edərək onu yandırıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Himalayan Times” qəzeti məlumat yayıb.
Parlament binasını qorumaq üçün ordu qüvvələri yerləşdirilib. Lakin şahidlərin sözlərinə görə, etirazçılar kordonu yararaq, qanunvericilik binasına daxil olublar.
Digər tərəfdən, Nepalın Baş naziri Şarma Oli ölkədə baş verən kütləvi etirazlarla əlaqədar istefa verib.
Nəşrin məlumatına görə, bu barədə onun köməkçisi Prakaş Silval məlumat yayıb.
Nepal Prezidenti Ram Çandra Paudel baş nazir Şarma Olinin istefasını qəbul edib.
Nəşr həmçinin kütləvi etirazlar zamanı 19 nəfərin öldüyünü, 500-dən çox insanın yaralandığını bildirib.