
“Avropa ölkələri Vaşinqtonun Moskvaya qarşı sanksiyaları sərtləşdirməsini istəyirlərsə, Rusiyadan neft və qaz almağı dayandırmalıdırlar”.
Yeniavaz.com xəbər verir ki,bunu ABŞ-nin energetika naziri Kris Rayt “Financial Times” qəzetinə müsahibəsində deyib.
Onun fikrincə, Avropa ölkələri Rusiya qazı əvəzinə Amerikanın mayeləşdirilmiş təbii qazını (LNG), eləcə də benzin və digər yanacaq növlərini almalıdır.
O xatırladıb ki, Aİ 2028-ci ilin sonuna qədər ABŞ-dən 750 milyard dollarlıq enerji almağı öhdəsinə götürüb:
“Əgər avropalılar bir xətt çəkib desələr ki, biz daha Rusiya qazını almayacağıq, bir də Rusiya neftini almayacağıq, bu, ABŞ-nin daha aqressiv olmasına müsbət təsir göstərəcəkmi?”.
O hesab edir ki, avropalılar üçün enerjini ABŞ-dən almaq daha sərfəlidir.
“Rusiya öz hərbi maşınını neft və təbii qazın ixracı hesabına maliyyələşdirir və Avropadan satın almalar olmasa, bu, Rusiyanın gəlirlərini azaldacaq”.