
2022-ci illə müqayisədə son 2 ildə – 2023 və 2024-cü illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı kəskin şəkildə azalıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, azalma həm bitkiçilik, həm də heyvandarlıq məhsullarında qeydə alınıb.
Qeyd edək ki, Muxtar Respublikada kənd təsərrüfatı bitkilərinin əkin sahələri 2 dəfəyə yaxın azalaraq 64,3 min hektardan 35,8 min hekatara düşüb.
Bitkiçilik məhsulları arasında ən kəskin azalma noxud istehsalında qeydə alınıb. 2022-ci ildə Naxçıvanda əkin sahələrindən 1 245 ton noxud yığıldığı halda, ötən il bu göstərici 21,5 dəfə azalaraq 57,9 tona düşüb.
Heyvandarlıq sahəsində də kəskin azalmalar baş verib. Son 2 ildə Naxçıvanda donuzların sayı 100% azalıb. Bundan başqa mal-qara sayı 2,1 dəfə, quşların sayı isə 2,6 dəfə azalıb.
Cədvəldə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının göstəriciləri və 2022-2024-cü illər arasındakı fərq qeyd olunub:

Məlumat üçün bildirək ki, 2022-ci ilin dekabr ayının sonlarında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tutduğu vəzifədən istefa verib.
Elnur Əli