“Kapital Bank” kartlara sosial ödənişləri köçürüb 1,1 milyon manat alacaq


Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) keçirdiyi tender müsabiqəsinin qalibi “Kapital Bank” ASC (VÖEN - 9900003611) olub.
Yeniavaz.com
xəbər verir ki, Naxçıvan DSMF-nin Aparatında əmək haqlarının, eləcədə DSMF tərəfindən icra olunan sosial ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədi ilə göstəriləcək bank xidmətlərinin satın alınmasına görə “Kapital Bank”a 1 milyon 125 min manat ödəniləcək.
Qeyd edək ki, göstəriləcək xidmətlər 9 aylıq dövrü əhatə edəcək və bu müddətdə “Kapital Bank” kartlara ümumilkdə 225 milyon manat köçürəcək.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top