Almaniya 2029-cu ilə qədər ölkəni döyüş hazırlığı vəziyyətinə gətirməyi planlaşdırır


Almaniya hökuməti Rusiyanın təcavüzü fonunda 2029-cu ilə qədər ölkəni döyüş hazırlığı vəziyyətinə gətirməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Almaniya rəsmiləri hesab edirlər ki, həmin vaxta qədər Rusiya NATO üzvlərindən birinə hücum etməyə hazır ola bilər. İlk addım olaraq hökumət hərbi xərclərin artırılması üçün xərc və borc qaydalarına yenidən baxıb.
Berlin yalnız müdafiə büdcəsini böyütməklə kifayətlənmir, həm də müdafiə sənayesində istehsalı artırmaq üzərində işləyir. KİV-in məlumatına görə, yaxın vaxtlarda icbari hərbi xidmətin bərpasını da əhatə edən genişmiqyaslı işə qəbul kampaniyası başlayacaq.
Hazırlıq tədbirlərinin siyahısında strateji ərzaq ehtiyatlarının da yenilənməsi xüsusi yer tutur. Almaniyanın kənd təsərrüfatı və qida naziri Alois Rainer milli ehtiyatın yenidən qurulmasını və hazır yeməklərin əlavə edilməsini təklif edib. Onun sözlərinə görə, böhran dövründə uzun müddət bişirmə tələb edən mərcimək və dənli bitkilər əhalinin ehtiyaclarını operativ qarşılamır. Nazir bildirib ki, hərbi texnikanın tədarükü qədər ərzaq təhlükəsizliyi də strateji əhəmiyyət daşıyır.
Yeni ehtiyat planının təxmini dəyəri 105 milyon dollar olacaq və ərzaqların logistika və saxlanılması böyük supermarket şəbəkələrinə həvalə ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top