“OPEC+” ölkələri hasilatı artırmaq barədə qərar qəbul edib


Könüllü hasilat azaldılmasında iştirak edən səkkiz “OPEC+” ölkəsinin energetika nazirləri oktyabr ayı üçün gündəlik neft hasilatının 137 min barel artırılmasını təsdiqləyiblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) məlumat yayıb.
Qərara əsasən, Rusiya və Səudiyyə Ərəbistanının kvotaları hər biri 42 min, İraqın 17 min, Birləşmiş Ərəb Əmirliklərinin 12 min, Küveytin 11 min, Qazaxıstanın 6 min, Əlcəzairin 4 min, Oman isə 3 min barel artırılacaq.
OPEC bu addımı əlverişli bazar konyukturası, qlobal iqtisadiyyatın sabit perspektivləri və aşağı neft ehtiyatlarını nəzərə alaraq atdığını bildirib. Hesabatda həmçinin qeyd olunub ki, bazar şərtlərindən asılı olaraq sutkada 1,65 milyon barel həcmində məhdudiyyət vaxtından əvvəl qismən və ya tam şəkildə aradan qaldırıla bilər.
“OPEC+” ölkələrinin növbəti görüşü oktyabrın 5-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top