"Filenin Sultanları" finalda İtalya millisinə məğlub oldu


Tailandda keçirilən dünya çempionatının finalında Türkiyə qadın voleybol millisi - "Filenin Sultanları" İtaliya millisi ilə üz-üzə gəlib.
Yeniavaz.com
xəbər verir ki, gərgin keçən görüş 3:2 hesabı ilə İtaliyanın xeyrinə yekunlaşıb.
Beləliklə, tarixində ilk dəfə finala yüksələn “ay-ulduzlular” turniri gümüş medalla başa vurublar.
Eyni hesab qeydə alınan 3-cü yer uğrunda oyunda isə Braziliya yığması Yaponiya üzərində qələbə qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top