
Ucar və Goranboy rayonlarında yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com xəbər verir ki, Ucar rayonunda baş verən hadisə nəticəsində iki avtomobil toqquşub. Nəticədə iki nəfər yaralanıb.
Goranboyda baş verən hadisəsi zamanı isə hərəkətdə olan TIR markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı mağazaya çırpılıb.
Qəza zamanı yük maşının sürücüsü Türkiyə vətəndaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.