Ağalı kəndində ötən il açılışı olan otelin təmirinə daha 6 milyon manat ayrıldı


Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “Crystal İnşaat” ASC (VÖEN-1603491051) ulə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
 xəbər verir ki, Xidmət Zəngilan rayonu, Ağalı kəndində yerləşən hotelin tam təchizatlı təmir və tamamlama işlərinin ikinci mərhələsi (qaz təchizatı, işıqlandırma, abadlıq, yaşıllaşdırma) üzrə işlərinin satın alınmasına görə “Crystal İnşaat” ASC-yə 6 milyon 50 min 15 qəpik ödəyəcək.
Qüyd edək ki, nizamnamə kapitalı 4 min manat olan “Crystal İnşaat” ASC-nin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti (Xırdalan), ev 11 B 2 ünvanında yerləşir. ASC-nin qanuni təmsilçisi Məmmədov Elgün Qafil oğludur.
Məlumat üçün bildirək ki, ötən ilin mart ayında Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Ağalı kəndində yerləşən otelin tam təchizatlı təmir və tamamlama işlərinin satın alınmasına görə “Crystal İnşaat” ASC-yə 14 milyon 192 min 628 manat 20 qəpik ödəyib.
Onu da qeyd edək ki, 2022-ci ildə mətbuatda yer alan məlumatlarda bildirilirdi ki, Zəngilan rayonunun Ağalı kəndində tikilən otelin tikintisi tezliklə yekunlaşacaq.
Bildirilib ki, otel zirzəmisi ilə birlikdə 4 mərtəbə olacaq və 2022-ci ildə otelin sonuncu mərtəbəsinin tikildiyi qeyd olunub. O zaman bildirilib ki, yaxın bir neçə ay ərzində otelin tikintisi tam şəkildə başa çatdırılacaq. Lakin, sonradan otelin tikintisinin hansı səbəbdən yarımçıq qaldığı barədə məlumat verilməyib. Otelin rəsmi açılışı isə 2024-cü ilin mayın 18-də baş tutub.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top