Əfqanıstanda zəlzələdən sonra sağ qalanların axtarışı başa çatdı


Əfqanıstan hakimiyyəti avqustun 31-də baş vermiş güclü zəlzələdən sonra axtarış-xilasetmə əməliyyatını başa çatdırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalına Kunar əyalətinin qubernatoru Qüdrətullah Əbu Həmzə məlumat verib.
“Zəlzələdən sonra sağ qalanların axtarışı başa çatıb. Ölənlərin sayı 2204 nəfərə çatıb, 4000-ə yaxın insan isə yaralanıb”, - o bildirib.
Zəlzələnin episentrinin yerləşdiyi rayonun rəhbəri qeyd edib ki, hakimiyyət zərərçəkənləri və məcburi köçkünləri yerləşdirmək üçün ciddi çadır çatışmazlığı ilə üzləşib.

DİGƏR XƏBƏRLƏR

Top