
“Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi futbolu dayandırmaq istəmədiyini etiraf edib”.
Yeniavaz.com xəbər verir ki, onun sözlərini Argentina komandasının sosial şəbəkəsindəki rəsmi hesabı sitat gətirib.
“Bütün bunların heç vaxt bitməsini istəmirəm, amma anlayıram ki, bu an yaxınlaşır. Nə vaxtsa, o da olacaq və o vaxta qədər addım-addım irəli gedəcəyəm, günü-gündən yaşayacağam”, - Messi deyib.
Qeyd edək ki, sentyabrın 5-nə keçən gecə Messi Argentina millisinin tərkibində son ev matçı ola biləcək matça çıxıb. Venesuela ilə 2026-cı il dünya çempionatının seçmə mərhələsi oyunu öncəsi forvard göz yaşlarını saxlaya bilməyib, ailəsi isə tribunalarda olub.