
Rumıniya milli futbol komandasının baş məşqçisi Mirça Luçesku milli komanda baş məşqçiləri arasında yeni yaş rekordu vurmaqla tarixə düşüb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, rumıniyalı mütəxəssis futbol tarixində milliyə rəhbərlik edən ən yaşlı baş məşqçi olub.
Məlumata görə, bu, ötən gün paytaxt Buxarestdə keçirilən Kanada ilə yoldaşlıq görüşündə qeydə alınıb.
Oyun zamanı məşqçi 80 yaş 1 ay və 7 günlüyündə olub.
Beləliklə, o, millidə baş məşqçi olan ən yaşlı baş məşqçi ünvanına sahib çıxıb və Uruqvay millisinə rəhbərlik etmiş məşhur mütəxəssis Roke Maspolini geridə qpyub.
Belə ki, Roke Maspolini 1997-ci ildə Uruqvay millisinə rəhbərlik edərkən 80 yaş 1 ay və 4 günlüyündə olub.
Bu nəticə Uruqvayın Ekvadorla yoldaşlıq görüşündə qeydə alınıb. Bu oyunda uruqvaylılar rəqiblərini 5:3 hesabı ilə məğlub ediblər.
Qeyd edək ki, Rumıniya - Kanada görüşü qonaqların 3:0-lıq qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Rumıniya millisi növbəti oyununu sentyabrın 9-da keçirəcək və rəqib komanda Kipr millisi olacaq.