Aİ “Google”u cərimələdi − Üç milyard


Avropa Komissiyası “Google”un ana şirkəti “Alphabet”i reklam texnologiyaları bazarındakı dominant mövqeyindən sui-istifadə etdiyinə görə 2,95 milyard avro cərimələyib.
Yeniavaz.com
xəbər verir ki, “Google”, Komissiyanın məlumatına görə, öz xidmətlərini, reklamçılarını və onlayn yayımçılarını rəqiblərindən üstün tutaraq, onlayn reklam bazarını təhrif edir.
AK qərar verib ki, şirkət bu təcrübəni və öz xidmətlərinə üstünlük verməyi dayandırmalıdır.
“Google” qərardan şikayət edəcəyinə söz verib. Şirkətin tənzimləmə işləri üzrə vitse-prezidenti Li-Enn Malholland bildirib ki, Avropa Komissiyasının qərarı minlərlə Avropa şirkətinə pul qazanmağı çətinləşdirərək zərər verəcək dəyişikliklər tələb edir.
“Bloomberg” diqqət çəkib ki, Avropa Komissiyasının qərarı, Aİ və ABŞ arasında ticarət əlaqələrinin gərgin bir anına təsadüf edir. Donald Tramp dəfələrlə Aİ-nin böyük texnologiyalara münasibətini tənqid edib və Avropanı Amerika şirkətlərini geridə qoymağa yönəlmiş qaydaların qəbuluna görə məsuliyyət daşımaqla hədələyib.

DİGƏR XƏBƏRLƏR

Top