İsrail Qəzzada 12 mərtəbəli binanı vurdu − Video


İsrail hərbçiləri Qəzza şəhərinin qərb tərəfində yerləşən və yüzlərlə müvəqqəti çadırla əhatə olunmuş 12 mərtəbəli binaya zərbələr endirib.
Yeniavaz.com
“Əl-Cəzirə”yə istinadən xəbər verir ki, ilk öncə İsrail ordusu binada insanlara təxliyyə əmri verib və daha sonra bunun “HƏMAS infrastrukturu” olduğunu və İsrail qüvvələrinə qarşı əməliyyatların planlaşdırılması və həyata keçirilməsi üçün istifadə edildiyini iddia edərək binanı vurub.
“Mushtaha Tower” rəhbərliyi İsrailin hündürmərtəbəli binanın HƏMAS döyüşçüləri tərəfindən istifadə edildiyinə dair iddialarını rədd edib. Bina rəhbərliyi binanın yalnız köçkünlər üçün əlçatan olduğunu bildirib.
Qeyd edilib ki, hücum nəticəsində çox sayda mülki vətəndaş yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top