
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında danışıqların ikinci raundu yaxın vaxtlarda mümkündür.
Yeniavaz.com xəbər verir ki, bunu aif.ru-ya müsahibəsində Rusiya liderinin mətbuat katibi Dmitri Peskov müvafiq sualı cavablandırarkən deyib.
“Əlbəttə, bu, mümkündür. Şübhə etmirəm ki, prezidentlər bunu zəruri hesab edərlərsə, onların görüşü çox tez təşkil oluna bilər. Necə ki, Alyaskadakı görüş tez təşkil olundu. İşçi təmaslar davam edir”, - Peskov deyib.