
2023-cü il oktyabrın 7-dən İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağında ölənlərin sayı 64 mini keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, son 24 saat ərzində Zolaqdakı xəstəxanalara 84 ölü və 338 yaralı yerləşdirilib:
“2023-cü il oktyabrın 7-dən etibarən İsrail təcavüzünün qurbanlarının sayı artaraq 64 231 nəfərə çatıb, 161 583 nəfər yaralanıb”.