
30 yaşlı serbiyalı hücumçu Aleksandar Mitroviç Səudiyyə Ərəbistanının “Əl Hilal” klubu ilə müqaviləsini ləğv edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Fabritsio Romano məlumat yayıb.
O bildirib ki, Mitroviç karyerasını Qətərdə davam etdirəcək.
Jurnalistin sözlərinə görə, serbiyalı hücumçu “Əl Rayyan”la razılığa gəlib.
Qeyd edək ki, Mitroviç 2023-cü ilin yayında Səudiyyə Ərəbistanı klubuna keçib. O ölkə çempionatında 51 oyuna çıxıb, 48 qol vurub.