
Sosial şəbəkələrdə bir kişinin digərinə qışqıraraq onu “qul” adlandıran videosu yayıldıqdan sonra Özbəkistan Rusiyaya nota verib.
Yeniavaz.com Özbəkistan mətbuatına istinadla xəbər verir ki, video Moskva vilayətində lentə alınıb və kadrlardakı şəxs özbək taksi sürücüsü olub.
Notanı Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Axror Burxanov açıqlayıb. Özbəkistan XİN özbək miqrantı təhqir edən şəxsin kimliyinin müəyyənləşdirilməsini və barəsində tədbir görülməsini tələb edib.
Burxanov vurğulayıb ki, Özbəkistan vətəndaşlarının harada yaşamasından asılı olmayaraq, onlar ölkə qanunvericiliyinə uyğun olaraq qorunur.