
KXDR sədri Kim Çen Inın 13 yaşlı qızı ölkə rəhbəri postunda atasını əvəz edə bilər.
Yeniavaz.com xəbər verir ki, bu fikir Britaniyanın “The Independent” nəşrində yer alıb.
Jurnalistlər diqqəti Kim Çju Aenin (ilkin məlumata görə, Kim Çen Inın qızının adıdır) atası ilə daha tez-tez rəsmi tədbirlərdə görünməyə başladığına yönəldiblər. Xüsusilə, KXDR lideri qızını Çinə aparıb. Nəşr qeyd edir ki, qızın Pekinə səfəri onun KXDR-in başçısı kimi atasının varisi olması ilə bağlı fərziyyələri gücləndirir.
Kim Çju Aenin dəqiq yaşı məlum deyil, lakin Cənubi Koreya kəşfiyyatçıları onun 2013-cü ildə doğulduğunu güman edirlər. Onlar həmçinin müəyyən ediblər ki, Kim Çen Inın və həyat yoldaşının böyük oğlu və cinsiyyəti məlum olmayan kiçik uşağı var. Eyni zamanda, Cənubi Koreya rəsmiləri və ekspertləri Kim Çju Aenin ölkə rəhbəri olacağına şübhə ilə yanaşırlar, çünki KXDR kifayət qədər güclü hökumət strukturuna malikdir. Bundan əlavə, 41 yaşlı Kim Çen Inın gənc olduğu, səhhətində ciddi problem olmadığı və başqa uşaqlarının da olduğu vurğulanır.